Bloqer Sabir Məşədizadə yerli və xarici telekanalların reytinqi barədə məqalə hazırlayıb.
Avqust ayında iyul ayına nisbətən TV kanalların daha çox izlənməsi qeydə alınıb. Ötən ayların lideri isə bu ay da dəyişməyib. Başda ümumi siyahının lideri "ATV" olmaqla, yerli kanallarımızın sıralaması belədir:
200 kanallıq sıralamada yeri |
Kanalın adı |
Ay ərzində izlənmə saatı |
1 |
ATV |
40001 |
4 |
Xəzər TV |
34994 |
9 |
AZ TV |
17952 |
14 |
Space TV |
16616 |
19 |
ARB TV |
13936 |
21 |
İdman Az |
12708 |
24 |
İçtimai TV |
10514 |
29 |
Lider TV |
8556 |
42 |
CBC |
6143 |
45 |
İnter AZ |
5887 |
51 |
Mədəniyyət |
5043 |
54 |
ARB Günəş |
3861 |
76 |
CBC Sport |
2388 |
Avqust ayında həm xarici, həm də yerli kanalar arasında lider "ATV" kanalı (“Azad Azərbaycan”) olub. "ATV" ötən aya nisbətən təqribən iki dəfə çox izlənilərək, ümumi 40001 izlənmə saatı toplayıb. “Xəzər TV” isə ikinci ən baxımlı Azərbaycan kanalı olub. Eyni zamanda, “Xəzər TV” ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal - “AzTV” və “Space TV” isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalır və avqust ayı ərzində, demək olar ki, bərabər nəticə göstəriblər. "ARB TV" isə 13936 saat izlənib və demək olar ki, hər ay stabil olaraq ümumi siyahının ilk 20-liyinə düşür. Ümumi siyahının 24-cüsü, yerli kanalların isə 6-cısı avqust ayı ərzində 12708 saat izlənilən “İdman Azərbaycan” olub. Ardınca isə bir-birindən çox az fərqlə “İctimai”, “Lider TV”, “CBC” və “İnter AZ TV” kanalları qərarlaşır. Cədvəli “Mədəniyyət”, “ARB Günəş” və “CBC Sport” kanalları tamamlayır.
Türk kanallarına gəldikdə isə, nəticə belədir:
200 kanallıq sıralamada yeri |
Kanalın adı |
Ay ərzində izlənib (saat) |
3 |
Star |
37321 |
5 |
Show TV |
26123 |
8 |
ATV Türk |
18134 |
13 |
Kanal 7 |
16702 |
22 |
TV 8 |
11859 |
Siyahıda “FOX Türk” və “Kanal D” yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.
Avqust ayında “Star TV” ümumi siyahıda bir pillə də itirərək, üçüncü olub, lakin türk kanalları arasında hələ də liderdir – 37321 saat. “Show TV” 26123 saatla öz yerini qoruyur. “TV 8” isə geriləməkdə davam edir. Ötən ay ümumi siyahıda 22-ci olan kanal, bu ay da eyni pillədə qalıb və türk kanalları arasında 11859 saatla 5-cidir. 3-cü baxımlı türk kanalı “ATV Türk” kanalıdır (18134 saat). 4-cü isə “Kanal 7”-dir (8267 saat).
Rus kanallarına baxdıqda isə, nəticə belədir:
200 kanallıq sıralamada yeri |
Kanalın adı |
Ay ərzində izlənib (saat) |
2 |
Первый |
38477 |
6 |
НТВ |
20538 |
7 |
Россия 1 |
19036 |
10 |
СТС |
17855 |
11 |
Nickelodeon |
17361 |
12 |
ТНТ |
17055 |
Rus kanalları ötən ay olduğu kimi, bu ay da türk kanallarına nisbətən müsbət göstəricilərə malikdirlər. Rus kanalları içərisində ən çox izlənilən (38477 saatla) “Первый” kanaldır. “НТВ” kanalı isə ümumi siyahıda ötən ay olduğu kimi 6-cıdır, rus kanalları arasında isə ikincidir (11329 saat). Ardınca isə siyahıda 3-cü rus kanalı “Россия 1”-dir (19036 saat). “СТС”, “Nickelodeon”, “ТНТ” kanalları isə demək olar ki, eyni göstəricilərlə ümumi siyahıda 10, 11, 12-cidilər (ardıcıl olaraq 17855, 17361 və 17055 saat).
“Nickelodeon” kanalı ötən aya nisbətən, demək olar ki, iki dəfə çox izlənib (17361 saat), lakin bu ay ümumi siyahıda ötən dəfə olduğu kimi, 7-ci deyil, 11-cidir.
Uşaq kanallarının cədvəli belədir:
200 kanallıq sıralamada yeri |
Kanalın adı |
Ay ərzində izlənib (saat) |
11 |
Nickelodeon |
17361 |
20 |
Nick Jr |
12988 |
23 |
Cartoon Net.. |
10833 |
30 |
TRT Çocuk |
8454 |
25 |
Карусель |
10385 |
31 |
Disney RUS |
8428 |
Ən baxımlı 6 uşaq kanalı sırasında 5 rus, 1 türk kanalı var. “Nickelodeon” birinci, “Nick Jr” isə 12988 saatla ikincidir. 3-cü yerdə 10833 saatla “Cartoon Network” telekanalıdır. “TRT Çocuk” isə 8454 saatla ümumi siyahıda 4-cü yerdədir. Siyahıda növbəti pillələrdə ardıcıl olaraq 10385, 8428 saatla “Карусель” və “Disney Rus” qərarlaşıb.
Avqust ayı ilə iyulu müqayisə etdikdə, aşağıdakı üç kanalda izlənmə saatlarında artım qeydə alınıb:
Kanalın adı |
İyul (saat) |
Avqust (saat) |
Saat fərqi |
Первый |
18376 |
38477 |
20101 |
Star |
18073 |
37321 |
19248 |
ATV AZ |
21550 |
40001 |
18451
|
Oxu.az