Türkiyə S-400-ə görə avans ödədi

Türkiyəyə S-400 zenit-raket sistemlərinin tədarükünə dair müqavilə qüvvəyə minib, Ankara artıq avans ödəyib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib. Onun sözlərinə görə, S-400-ün istehsal texnologiyasının Türkiyəyə ötürülməsi haqqında məsələ hələ müzakirə olunmayıb: “Bu barədə söhbət aparılmır, hələlik söhbət yalnız hazır silah və texnologiyanın tədarükündən gedir”.

DİGƏR XƏBƏRLƏR

Top