Türkmənistan Prezidenti daha bir kitab yazdı

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov idman haqqında kitab yazıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təqdimatı Dövlət İctimai Təşkilatlar Mərkəzinin konfrans zalında keçirilən kitab “İdman dostluğa, sağlamlığa və gözəlliyə gedən yoldur” adlanır. Q. Berdıməhəmmədov bu il artıq iki kitabını təqdim edib. Onlardan biri hərbçilər, digəri isə daxili işlər orqanlarının işi barədə bəhs edir. Ötən il isə dövlət başçısı müxtəlif mövzuda altı kitab yazıb. Q. Berdıməhəmmədovun yeni kitabı türkmən, ingilis və rus dillərində buraxılıb. Kitab bədən tərbiyəsi və idmanın insan həyatında və cəmiyyətdə oynadığı əhəmiyyətli roldan bəhs edir.

DİGƏR XƏBƏRLƏR

Top