Ərdoğan və Putin ailə münaqişəsinə qarışa bilər

Türkiyə vətəndaşı ilə ailə qurmuş rusiyalı Alyona Doğan Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putindən ailə münaqişəsinə qarışaraq ikiyaşlı oğlunu geri qaytarmaqda kömək etməyi xahiş edir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, əri ondan uşağını zorla alıb. Qadın deyib ki, övladının ikili vətəndaşlığı var: “Ankarada Prezident Ərdoğana və hökumətə şikayət məktubu yazmışıq. Məhkəməyə də müraciət etmişik. Lakin məhkəmə hələ də qərar verməyib”. A. Doğan Putinlə Ərdoğanın köməyinə ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top