
Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində Ali neft məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu istifadəyə verilib. "Yeniavaz.com" Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ilin yanvar-avqust aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilib. Ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilən vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2017-ci ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 71,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,4 faizini əsaslı təmir, 3,4 faizini cari təmir, 20 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirilib.
Tətbiqimizi yükləyə bilərsiniz