Türkiyədə azərbaycanlıların mafiya hesablaşması - Video

Ötən həftə İstanbulun Sultanqazi məhəlləsində bir parkda reallaşan silahlı basqının iştirakçıları tutulub. Türkiyə KİV-nin xəbərinə görə, bir nəfərin öldüyü, digərinin yaralandığı hadisədən sonra hərəkətə keçən İstanbul polisi 4 azərbaycanlını həbs edib. Eyni zamanda hadisənin səbəbi də müəyyən edilib.

Polisin məlumatına görə, hadisə bir müddət birlikdə narkotik ticarəti ilə məşğul olan mafiya üzvləri arasında baş verib. Onlar narkotikdən qazandıqları pulu bölüşə bilməyiblər və rəqiblərə çevriliblər. Məhz bundan sonra da sözügedən qanlı hadisə baş verib.

Qeyd edək ki, sentyabrəın 23-də Sultangqazinin Uğur Mumcu küçəsindəki avtoparkdan avtomobili ilə çıxan narkotik mafiyası üzvlərindən Orxan Açıqgözə (43 yaş) və azərbaycanlı Arif Məmmədova atəş açılıb. Hadisə nəticəsində 8 cinayətdə suçlu bilinən Orxan Açıqgöz hadisə yerində keçinib. Arif Məmmədov isə yaralanıb.

Müşahidə kameralarındakı qeydlər araşdırıldıqdan sonra özəl polis qüvvələri və vertolyot cəlb edilməklə əməliyyat hazırlanıb.Nəticədə polis hər biri 7-8 cinayətdə suçlanan Vahab P. (35 yaş), Akif K. (35 yaş), Mahsun K. (33 yaş) və Yasin G.-ni (24 yaş) həbs edib.

Silivridəki Büyüksinəkli kəndində saxlanılan azərbaycanlılardan xeyli silah və narkotikdən qazandıqları pullar götürülüb. Faktka bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.Teleqraf.com

Türkiyə

DİGƏR XƏBƏRLƏR

Top