Lütfi Zadənin cənazəsi Bakıya gətirilib

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin cənazəsi Bakıya gətirilib. Alimin Azərbaycanda dəfn olunması arzusuna müvafiq olaraq, onun nəşi Vətənə gətirilib.

Qeyd edək ki, bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılıb. Bu gün saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq. Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi sentyabrın 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.Report

DİGƏR XƏBƏRLƏR

Top