İstanbulun yeni bələdiyyə sədri məlum olub

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib. Türkiyə KİV xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb. O, üçüncü turda 179 səs alaraq Türkiyənin əsas müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi, Bəylikdüzü bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qalib gəlib. Namizədlərə bu turda 156 səs almaq kifayət edirdi. M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Qeyd edək ki, Kadir Topbaş bu günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən istefa verib.Report

DİGƏR XƏBƏRLƏR

Top