“Apple” “iPhone X”in ciddi çatışmazlığını açıqladı

“iPhone X”da üz tanıma funksiyası smartfonu uşaqlar istifadə edərkən düzgün işləməyə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Apple”ın saytında deyilir. Əgər smartfonun sahibi 13 yaşdan kiçikdirsə, eyniləşdirmə sistemi telefonun sahibini səhv sala bilər. Bu onunla əlaqədardır ki, uşaqlarda üz cizgiləri hələ kifayət qədər formalaşmayıb və “iPhone X”ın ötürücüləri onları hesablamır. Əgər cihazın sahibinin əkiz qardaş və ya bacısı varsa, səhvən bloklanma riski yüksəkdir. Şirkət belə hallarda adi PIN-koddan və ya şifrədən istifadə etməyi məsləhət görür. Səhv ehtimalı milyonda birdir.

DİGƏR XƏBƏRLƏR

Top