Türkiyə və Yunanıstan arasında yaxta müharibəsi

Türkiyə hökuməti ölkə bayrağı ilə gəzən yaxtalara yunan adalarının sahilləri yaxınlığında üzməyi qadağan edib. “Yeniavaz.com”un “Euronews” saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazri Əhməd Arslan deyib. İki həftədən sonra oktyabrın 12-də Yunanıstana kruizlər həyata keçirən istənilən tonnaj və tipdə olan kommersiya gəmiləri də bu qadağaya məruz qalacaqlar. Bundan başqa, adalarda yerləşən yunan limanları və Türkiyə arasında bərə əlaqəsi ləğv ediləcək. Türkiyə sahilləri yunan sahilləri ilə müqayisədə daha az populyardır, Türkiyədə qeydiyyata alınmış yaxta sahibləri və türk şkiperləri turistlərə yunan adaları yaxınlığında dəniz gəzintisi təklif edirdilər. Bununla da onlar yunanları qazancdan məhrum edirdilər. Yunanıstan təftiş apararaq müəyyən edib ki, türk yaxtaları Rodos və Kosa xüsusən fikir verirlər, bundan sonra gəmi sahiblərinə cərimələr verilib. Türkiyə etiraz edib, lakin Yunanıstan uzunluğu 35 metri ötən yaxtaların girişinə qadağanı saxlayıb. Türkiyə öz addımının cavab qismində olduğunu bəyan edib, lakin qeyd edib ki, bu cür problemlərin həlli üçün ikitərəfli danışıqlar tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top