Rusiya Afrika ölkələrinin 20 milyard dollar borcunu silib

Rusiya Afrika ölkələrinin 20 milyard dollardan artıq borcunu silib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin qvineyalı həmkarı Alfa Konde ilə danışıqlardan sonra jurnalistlərə deyib. V. Putin bildirib: “Böyük miqdarda borcu olan ən kasıb ölkələrə yardım göstərilməsi üzrə təşəbbüs çərçivəsində Afrika ölkələrinin 20 milyard dollardan artıq borcunu silmişik”. O qeyd edib ki, Rusiya 2016-cı ildə Afrika ölkələrinin dəstəklənməsi ehtiyaclarına Ümumdünya Ərzaq Təşkilatının kanalları ilə 5 milyon dollar ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top