Ağsuda məktəbi su basdı - VİDEO


Ağsu rayonunda yerləşən S.Umbayev adına 2 saylı tam orta məktəbi su basıb. Buna səbəb məktəbin dam örtüyünün sökülməsidir. Hadisə şahidlərinin bildirdiyinə görə, məktəbin açılmasına 5 gün qalmış məktəbin dam örtüyünü dəyişmək üçün söküblər. “Sökdülər, elə də qaldı. İndi də yağış yağıb, məktəbi su basıb. Uşaqları göndəriblər üstümüzə ki, dərs yoxdur. Yağışın nə qədər davam edəcəyi bilinmir. Bu müddət ərzində dərs keçilməyəcək”, - deyə müraciət edən valideynlər bildirir.Baku.ws

Mektebsu

DİGƏR XƏBƏRLƏR

Top