“Müsəlman qardaşları”nın lideri ömürlük həbsə məhkum edildi

Misirin Cinayət məhkəməsi ölkədə qadağan edilmiş “Müsəlman qardaşları” təşkilatının dini lideri Məhəmməd Badianı ömürlük azadlıqdan məhrum edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M. Badia 2013-cü ildə Bəni Sueyf vilayətində zorakılıq haqqında iş üzrə cəzalandırılıb. Təşkilatın lideri ilə yanaşı, daha 15 nəfər ömürlük həbs cəzası alıb. 70-dən çox müttəhimin hər biri isə 15 il azadlıqdan məhrum olunub. Qeyd edək ki, söhbət Misirin keçmiş Prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş vermiş etiraz aksiyalarından gedir. Həmin vaxt iğtişaşlarla əvəz olunmuş etiraz aksiyası iştirakçılarının polis məntəqələrini, inzibati bina və məktəbi yandırdıqları bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top