Xəbər verdiyimiz kimi, “Narcos” serialının dördüncü mövsümünün çəkilişləri üçün Meksikaya gedən operator Carlos Muoz Portal qətlə yetirilib. 37 yaşlı Portalın meyiti Meksikanın ən təhlükəli bölgəsi olan Temascalapa şəhərində, avtomobilin içində tapılıb. “Narcos” serialında Amerika FBI agenti obrazını canlandıran aktyor Pedro Paskal Portalın ölümünü əsas gətirərək “Aktyorların və komandanın təhlükəsizliyi təmin olunana qədər çəkilişlər davam edə bilməz” deyib. Amerika istehsalı olan “Narcos” serialının rejissoru Xose Padilya, ssenari müəllifi Kris Brankatodur. Ekran əsəri 2015-ci ildən “Netflix” telekanalında yayımlanır.Oxu.az