Bağlanan bankların əmanətçilərinə 748 milyon manat kompensasiya ödənilib

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. "Yeniavaz.com" Əmanətlərin Sığortalanması Fondundan açıqlanan məlumata istinadən bildirir ki, 27 sentyabr 2017-ci il tarixə Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 741 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 413 min manat ödənilməyən kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. 27 sentyabr 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5 %-i) və 262 min 485 manat ödənilməyən kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 933 min manatdan artıq kompensasiya ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top