Vahid Ələkbərovun şirkəti Rusiyada birinci oldu

Vahid Ələkbərovun baş direktoru olduğu “Lukoyl” neft-qaz şirkəti Rusiyanın 200 ən iri şirkətinin reytinqinə başçılıq edib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Forbes” nəşrinin hesabatında deyilir. Reytinqə əsasən, “Surqutneftqaz” ikinci yerdən dördüncü yerə düşərək mövqeyini “Maqnit” reteylerinə verib. Üçüncü pillədə isə “X5 Retail Group” qərarlaşıb. Bildirilir ki, Rusiya iqtisadiyyatının sabitləşməsi reytinqdə öz əksini tapıb: “2016-cı ilin yekunları üzrə mənfi gəlir dinamikasını siyahının 40 iştirakçısı göstərib. Öncəki il belə şirkətlərin sayı 50 olub. Şirkətlərin ümumi gəliri 4,9 faiz artaraq 32,2 trilyon rubla çatıb. Rusiyanın 200 ən iri şirkətində 3,3 milyon nəfər işləyir”.

DİGƏR XƏBƏRLƏR

Top