Ziya Məmmədovun bacısının ƏMRİ VERİLDİ

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

O, başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Bildirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma da aparılıb. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top