Bakıda əhaliyə 3,1 milyard manatlıq xidmət göstərilib

Bu ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,9% azalaraq 3 milyard 75 milyon 695,3 min manat olub. "Yeniavaz.com" Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, xidmətlərin 63 faizi hüquqi şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə 1 milyard 938 milyon 698,8 min manatlıq xidmətlər göstərilib. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1 milyard 136 milyon 996,5 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Top