Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 569,1 milyon manat olub. "Yeniavaz.com" Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, dövriyyənin 44,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 23,2 faiz artaraq 253,7 milyon manat təşkil edib.