Ənvər Seyidov xəstəxanaya yerləşdirildi

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya yerləşdirilib.

Sentyabrın 25-də hakimin səhhəti pisləşib.

Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən, vəziyyəti kritik olub: “İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top