Saakaşvili: Silah anbarında partlayışlar Putinin Poroşenkonun ad gününə hədiyyəsidir

“Yeni qüvvələr” hərəkatının lideri Mixail Saakaşvili Ukraynanın Vinnitsk vilayətinin Kalinovka qəsəbəsi yaxınlığında hərbi anbarlarda partlayışları şərh edib.

“Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, siyasətçi fövqəladə vəziyyəti Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Petro Poroşenkonun ad gününə hədiyyəsi adlandırıb. O bu barədə “Facebook” səhifəsində yazıb: “Putindən Poroşenkoya çox abırsız hədiyyə - Vinnitskdə partlayışlar. O bununla amerikalılara deyir: Ukraynaya silah vermək olmaz, onlar silahı təhlükədən qoruya bilməzlər. Məsələ ondadır ki, niyə biz ona belə “hədiyyələr” etməyə imkan veririk”.

Xatırladaq ki, sentyabrın 26-da Ukrayna ordusunun iri silah-sursat anbarında partlayışlar baş verib. Fövqəladə vəziyyət zonasında hava məkanı bağlanıb, dəmiryol hərəkəti dayandırılıb, əhali təxliyə olunur. P. Poroşenko sentyabrın 26-da 52 yaşını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top