İraq Kərkükə qoşun yeridəcək

İraqın Baş naziri Heydər əl-Abadi ölkə parlamentindən İraq Kürdüstan Regional Hökumətinin (İKRH) tutduğu Kərkük vilayətinnin neftlə zəngin mübahisəli rayonuna qoşun yeritmək hüququ alıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kərkük vilayəti İraqın konstitusiyasına əsasən rəsmi olaraq İKRH-nin tərkibinə daxil deyil. İraq gücləri 2014-cü il iyulun 10-dək olan vəziyyətə müvafiq olaraq bütün mübahisəli rayonlarda yerləşməlidirlər. Deputatlar qeyd ediblər ki, hökumət Kərkükdəki yatağı və mübahisəli rayonları Federal Neft Nazirliyinin nəzarətinə qaytarmalı və həmin regionda fəaliyyətdə olan hansısa partiyanın müdaxiləsinə imkan verməməlidir.

Xatırladaq ki, kürdlər İŞİD terror qruplaşması ilə mübarizə zamanı Kərkükdəki rayonları tutublar.

DİGƏR XƏBƏRLƏR

Top