Qəzada ölən uşaqlar bu məktəbdə oxuyurmuş

Dünən baş verən dəhşətli qəzada dünyasını dəyişən 3 nəfər Qax rayonunun Baydarlı kənd tam orta məktəbinin şagirdləri olub.

Turanə Kazımova 10-cu, Sahib Bayramlı 9-cu, qardaşı Cavid Bayramlı isə 7-ci sinif şagirdləri olub.

Onlar valideynləri ilə birlikdə Bakıdan Qaxa gedirdilər.

Xatırladaq ki, dünən axşam saatlarında İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib. Qəzada 3-ü azyaşlı olmaqla 7 nəfər dünyasını dəyişib.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top