Türkiyədə oxuyanlar kasıblaşır, oxumayanlar isə varlanırlar

Türkiyədə son 10 il ərzində ali təhsil ocaqlarının məzunları yoxsullaşdığı halda, savadı olmayanlar əksinə yoxsulluqdan xilas olub. 10 ildə savadı olmayan yoxsulların sayı 446 min nəfər azalaraq 1 milyon 523 min nəfər təşkil edib. Hərçənd, universitet məzunları arasında yoxsullaşanların sayı 126 min nəfər artaraq 150 min nəfərə çatıb.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika Komitəsinin statistik hesabatında deyilir.

2006-cı ildə Türkiyədə yoxsul olan təhsilli insanların sayı 24 min olduğu halda, bu rəqəm 2015-ci ildə 129 min, 2016-cı ildə isə 150 minə çatıb. Yəni 10 il ərzində 125 min artış qeydə alınıb. Son 1 il ərzində isə universitet məzunları arasında yoxsulların sayı 21 min nəfər çoxalıb. Əksinə savadı olmayanlar isə sürətlə yoxsulluqdan xilas olub. Belə ki, son 10 ildə savadı olmayan yoxsulların sayı 1 milyon 969 min nəfərdən 1 milyon 523 min nəfərə qədər azalıb. Yəni azalma sayı 446 min nəfər təşkil edib. Son 1 ildə isə savadsız yoxsulların sayı 114 min nəfər azalıb.

Bura məktəb təhsilini qurtarmayanları əlavə edəndə rəqəm daha da maraqlı hala gəlir. Belə ki, 10 ildə məktəbi qurtarmayan yoxsulların sayı 75 min nəfər azalaraq 1 milyon nəfərdən 929 min nəfərə enib. Bununla da ibtidai sinfi bitirməyən 521 min nəfər yoxsulluqdan xilas olub.

DİGƏR XƏBƏRLƏR

Top