Ramazan Abdulatipov istefa verib

Dağıstan respublikasının başçısı Ramazan Abdulatipov qubernatorların istefasının yeni dalğası çərçivəsində öz vəzifəsini tərk edəcək. Onu istefasını və varislərini müzakirə etmək üçün təcili olaraq Kremlə çağırıblar. “Yeniavaz.com”un məlumatına görə, bunu iki mənbə RBK-ya deyib. Rusiya Prezident Administrasiyasında R. Abdulatipova bir sıra vəzifələr təklif ediblər və onunla mümkün varisin namizədliyini müzakirə ediblər. Mənbə deyib ki, bu onun üçün gözlənilməz olub, belə ki, R. Abdulatipov sonadək işləməyə ümid edirdi: “Abdulatipov Dağıstan başçısının vəzifəsini müvəqqəti icra edə biləcək şəxslə bağlı təklif verməyib”. Mənbə əlavə edib ki, R.Abdulatipov sentyabrın 27-də öz istəyi ilə vəzifəsindən istefa ərizəsini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top