Ev tikməyə icazə verilən torpaqları elektron öyrənmək olacaq

Bundan sonra qeydiyyat idarələrinə müraciət edib müəyyən etmək olacaq ki, bu torpaq kənd təsərrüfatına yararlı torpaqdır, yoxsa meşə təsərrüfatına aiddir və yaxud neft kəmərlərinin, yüksək gərginlik elektrik xətlərinin mühafizə zolağına düşən torpaqlardır. Bunu jurnalistlərə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib. H.Mustafayev qeyd edib ki, buna əsasən vətəndaş aldığı torpağın tikinti üçün uyğun olub-olmadığını müəyyən edəcək. H.Mustafayev 2020-ci ilə kimi bu mühafizə zonasına daxil olan torpaqlar üzrə işin yekunlaşacağını, bu torpaqların elektron kadastr sisteminə daxil ediləcəyini deyib. Bundan sonra vətəndaşlar elektron xidmətdən istifadə edə biləcəklər. fins

DİGƏR XƏBƏRLƏR

Top