Sabah leysan olacaq, bəzi yerlərə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 28 sentyabrda gözlənilən hava şəraitini açıqlayıb. "Yeniavaz.com" saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dəarabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənənşimal-qərbküləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 17-20, Bakıda gecə 14-16, gündüz 17-19dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95faiz təşkil edəcək.

Azərbaycanınrayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrıyerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top