Azərbaycana 460 ədəd texnika göndərilir


Minsk traktor zavodu (MTZ) bu il ərzində Azərbaycana əlavə olaraq 460 ədəd texnika göndərmək niyyətindədir. Göndərilən texnikalardan 60-ı pambıqyığan kombayndır. MTZ-nin baş direktoru Fyodor Domotenko bildirib ki, onun rəhbərlik etdiyi müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır. “Detallat MTZ-dən gətiriləcək, yığım isə Gəncədə baş tutacaq. Bu, bizə də, azərbaycanlı tərəfdaşlarımıza da gəlir gətirəcək”, - deyə baş direktor qeyd edib.Apa

DİGƏR XƏBƏRLƏR

Top