Dünyanın neft ehtiyatlarının 3 faizi İraq Kürdüstanındadır

İraq Kürdüstanında təxminən 50 milyard barel neft və ya dünya neft ehtiyanın 3 faizi toplanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Fitch”in Təbii ehtiyatlar və xammal malları üzrə qrupun direktoru Dmitri Marinçenko deyib. Onun sözlərinə görə, İraq Kürdüstanında təsdiq edilmiş neft olduqca çoxdur: “Müxtəlif hesablamalara görə təxminən 50 milyard barel. Bu, İraqdakı ehtiyatların təqribən üçdə ikisini və ya dünya ehtiyatlarının 3 faizini təşkil edir”.

D. Marinçenko qeyd edib ki, hazırda regionun hasilatı sutkada təqribən 600 min bareldir: “Regionun hasilatı artırmaqda böyük potensialı var”.

DİGƏR XƏBƏRLƏR

Top