Bu il Nobel mükafatınin qaliblərinə nə qədər pul veriləcək?

Bu il Nobel mükafatını qazanan qaliblərə veriləcək pulun miqdarı 1 milyon kron (124,22 min dollar) və ya 12,5 faiz artıb. Hər bir kateqoriyada qaliblərin hər biri 9 milyon kron (1,118 milyon dollar) alacaq. “Yenivaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu qərarı Nobel fondu sentyabrın 14-də keçirdiyi iclasda qəbul edib. 2011-ci ildə əlverişsiz iqtisadi vəziyyətə görə Nobel mükafatının pul miqdarı 10 milyon krondan (1,5 milyon dollar) 8 milyon kronadək (950 min dollar) azaldılmışdı. Qeyd edək ki, fiziologiya və tibb sahəsində 2017-ci ilin Nobel laureatlarını oktyabrın 2-də elan edəcəklər. Növbəti gün fizika sahəsində, oktyabrın 4-də isə kimya sahəsində laureatların adları açıqlanacaq. Nobel mükafatı 1901-ci ildən etibarən verilir. Mükafatlandırma mərasimi Alfred Nobelin vəfat etdiyi gün, dekabrın 10-da keçirilir. Mükafat fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, eləcə də cəmiyyətin inkişafı sahələrində görkəmli nailiyyətlərə görə verilir.

DİGƏR XƏBƏRLƏR

Top