Gürcüstan parlamenti yeni Konstitusiyanı qəbul edib

Gürcüstan parlamenti növbədənkənar iclasında böyük səs çoxluğu ilə üçüncü, yekun oxunuşda parlament idarə üsuluna keçidi nəzərdə tutan ölkə konstitusiyasına dəyişiklikləri qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, düzəlişlərin lehinə 117, əleyhinə isə 2 depuatat səs verib. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili konstitusiyanın yeni variantını dəstəkləmir. Bundan başqa, ölkə parlamentindəki üç müxalifət partiyasından ikisi prosesdə iştirakdan imtina edib. Bunlar “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı – azadlıq uğrunda hərəkat” partiyalarıdır. “Gürcüstan vətənpərvərlərinin alyansı” partiyasının deputatları isə düzəlişlərin əleyhinə səs veriblər.

DİGƏR XƏBƏRLƏR

Top