Ölkəmiz haqqında Misirdəki bütün mənbələr aşkarlanacaq

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Misir Mərkəzi Kitabxanası arasında ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqavilənin əsas şərtlərindən biri Misir Mərkəzi Kitabxanasında ölkəmiz haqqında olan mənbələri aşkarlamaq, onların surətini əldə etmək və geniş oxucu auditoriyasına təqdim etməkdir. Bundan başqa tərəflərin kadr mübadiləsi aparmaları, birgə elmi məcmulər nəşr etmələri, əməkdaşların qarşılıqlı şəkildə ezamiyyətləri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə hüququ və s. də müqavilə şərtlərinə daxildir.

Elvin Əliyev

Misir

DİGƏR XƏBƏRLƏR

Top