Bərzanini təbrik edən tapıldı

İspaniyanın Kataloniya muxtar bölgəsinin başçısı Karles Puçdemon müstəqillik haqqında referendumun keçirilməsi münasibətilə İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzaniyi təbrik edib. “Yeniavaz.com”un “Haber7” saytına istinadən verdiyi məlumata görə, K. Puçdemon bu barədə özünün “Twitter” səhifəsində yazıb. O bildirib: “Bu səhər başçı Bərzaniyə telefonla zəng edərək Kürdüstan bölgəsinin referendum keçirməsinə görə təbrik etdim. Telefon söhbəti zamanı ikimiz də referendumdan uğurlu nəticə almağa ümid etdiyimizi bildirdik”. Xatırladaq ki, Kataloniya İspaniyadan ayrılmaq üçün oktyabrın 1-də müstəqillik haqqında referendum keçirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top