“AAAF Park” prezidenti: "Bundan sonra bizə qarşı haqsızlıq olmayacaq”

“AAAF Park”ın prezidenti Tofiq Heydərov bütün problemlərin həll olunduğunu bildirib.

“Yeniavaz.com” xəbər verir ki, T. Heydərov bu haqda sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, artıq bu gündən işədir: “Cənab prezidentə dərin minnətdarlığımı bildirirəm ki, biz idmançıların problemlərini həll edir. Tezliklə satışlarımıza mane olan çıxarış və digər məsələlər həll olunacaq. Allahın köməkliyi ilə bundan sonra bizə qarşı kiçik də olsa haqsızlıq olmayacaq. Şirkətimizin əməkdaşlarına da bundan sonrakı fəaliyyətində qanunlar çərçivəsində işləməyi və dövlətimizin inkişafında nümunəvi şirkətə çevrilməyi arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top