Gerb, himn və bayraqla bağlı qanunlara dəyişikliklər MM-də müzakirəyə çıxarılacaq​

Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq.

Bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.

Layihələrin məzmunu hələlik açıqlanmayıb.

İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq. apa

DİGƏR XƏBƏRLƏR

Top