Yeni virtual pul hazırlanır

Yaponiyada banklar yeni rəqəmsal valyutanın hazırlanması üzərində çalışır. “Yeniavaz.com”un “Haber7” saytına istinadən verdiyi məlumata görə, yapon bankları 2020-Tokio Olimpiadasınadək hazır olacaq rəqəmsal pul vahidini tanıtmağı planlaşdırır. Hazırlıqlar “Mizuho” və “Japan Post Bank”ın başçılığı ilə görülür. Yeni valyutaya “J Coin” adı verilib. “J Coin” “Android” telefonlar vasitəsilə pul köçürmələri və ödənişlər üçün istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top