Putin Ərdoğan və Ruhani ilə İraqdakı referendumu müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ötən gün türkiyəli və iranlı həmkarları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə telefon söhbəti zamanı İraq Kürdüstan Regional Hökumətində müstəqillik haqqında referendum mövzusunu müzakirə edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Kreml ənənəvi olaraq danışıqların təfərrüatlarını açıqlamır: “Bu mövzuya həqiqətən də telefon danışıqları zamanı toxunulub. Biz yenə də hesab edirik ki, dövlətlərin ərazi və siyasi bütövlüyünün saxlanılması regionda sabitlik və təhlükəsizliyin qorunması, habelə bu regiondakı kritik problemlərin nizamlanması üçün olduqca vacibdir”.

DİGƏR XƏBƏRLƏR

Top