Moskva NATO-nun Cənubi Qafqazda fəallaşmasını təhlükəli hesab edir

Rəsmi Moskva NATO-nun Cənubi Qafqazda fəallaşmasını təhlükəli hesab edir.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin regionda vəziyyət üzrə Cenevrə diskussiyalarının həmsədrləri ilə görüşdə deyib. Görüşdə BMT-nin xüsusi nümayəndəsi Antti Turunen və ATƏT sədrinin xüsusi nümayəndəsi Günter Bexler iştirak ediblər. Görüşdə Rusiya tərəfi NATO blokunun regionda fəallaşmasının təhlülkəsinə işarə edib. Bildirilib ki, Gürcüstan ərazisində alyansın hərbi infrastrukturu yerləşdirilir, miqyası ildən-ilə artan mütəmadi hərbi təlimlər keçirilir, silahlı qüvvələrin NATO standartları tətbiq olunur: “Bütün bunlar Zaqafqaziyada sabit vəziyyətin ciddi şəkildə pozulmasına və Rusiyanın, Abxaziyanın və Cənubi Osetiyanın təhlükəsizliklərinə təhdid törədir”.

DİGƏR XƏBƏRLƏR

Top