Rusiyada “Facebook” bağlana bilər

“Facebook” fərdi məlumatların saxlanması haqqında qanunun tələblərini yerinə yetirməsə, Rusiyada bloklanacaq.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Roskomnadzor”) sədri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, qanun hamı üçün mütləqdir: “Buna görə də istənilən halda ya biz qanunun icrasına nail olacağıq, ya da şirkət Rusiya ərazisində “LinkedIn” ilə baş verdiyi kimi işini dayandıracaq. Burada istisna yoxdur”. A. Jurov qeyd edib ki, “Facebook” qanunun icra variantlarını öyrənir: “Biz çalışacağıq ki, 242-cü qanuna “Facebook” şirkəti tərəfindən əməl olunsun”.

Xatırladaq ki, fərdi məlumatlar haqqında qanun rusiyalıların şəxsi məlumatlarını ölkə ərazisində saxlamağı məcbur edir. “Roskomnadzor” qanunu pozan saytları xüsusi reyestrə daxil edir və pozuntunu aradan qaldırmaqdan imtina halında bloklayır. Ötən il qurum “LinkedIn” sosial şəbəkəsini bloklamışdı.

DİGƏR XƏBƏRLƏR

Top