İsveçdə məscid yandırıldı

İsveçin mərkəzində yerləşən Erebru kommunasında məscidin bir hissəsi yanıb.

“Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, məscidin qəsdən yandırıldığı ehtimal olunur. Hadisə yerli vaxtla saat 02:00 radələrində baş verib. Hadisə yerinə gəlmiş yanğınsöndürmə dəstəsi beş saatdan artıq alovla mübarizə aparıb. Yanğın binanın böyük hissəsini əhatə edib. Qeyd edilir ki, alov məscidin bir hissəsini tam məhv edib, digər hissəsi isə tüstü və sudan zərər görüb, binanın damı çöküb. Yerli polis zabiti Kennet Yohannesson bildirib ki, söhbət belə yüksək dəyərli obyektlərdən gedəndə bu, qəsdən yandırma kimi təsnif edilir: “Belə obyektlər öz-özünə alovlanmamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top