Xızıda silah anbarında partlayış nəticəsində ziyan dəymiş evlərin bərpasına başlanır

“Xızıda Müdafiə Nazirliyinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb”. Bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq: “Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”. A. Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır. Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top