Turanın qalmaqallı verilişi yenə bağlandı?

Bu gün Turan İbrahimovun aparıcılıq etdiyi “ATV səhər” verilişi yayımlanmayıb.

Həftə içi səhər saatlarında canlı yayımlanan proqram efirə getməyib.

“ATV səhər”in yerinə İlqar Mikayıloğlunun təqdim etdiyi “İlqarla bir gün” göstərilib. Bundan sonra verilişin yenidən yayımdan qaldırılması barədə suallar meydana gəlib.

Mövzu ilə bağlı kanalın mətbuat xidmətdinin rəhbəri, sözügedən proqramın aparıcısı T. İbrahimovla əlaqə saxlamağa çalışsaq da, telefona cavab verməyib.

Qeyd edək ki, "ATV səhər" bir müddət əvvəl yayımını dayandırmışdı.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top