Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı VİDEO

Xəbər verdiyimiz kimi, 6 yaşlı azərbaycanlı “Rusiya 1” kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyəyə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib. Səhnədə alqışlarla qarşılanan balaca həmyerlimiz Xəzər TV-yə danışıb. Yaxınlarının sözlərinə görə, Ruslandakı bu qabiliyyəti hələ bir yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib. İki yaşında yazıb-oxumağı bacaran Ruslan daha çətin misalların həllinə başlayıb. Hazırda o, yuxarı siniflərə məxsus çətin riyazi misalların həllini öyrənir.

Ruslan

DİGƏR XƏBƏRLƏR

Top