
İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb.
İraqın şimalındakı yerli hökumətin Referendum və Seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Bu rəqəmlər səsləri hesablanan 282 min seçicinin (səs verənlərin təxminən 9%-i) fikrinə əsasən göstərilib.
Komissiyanın sədri bildirib ki, seçicilərin cəmi 6,71%-i regionun müstəqilliyinin əleyhinə səs veriblər. O, hesablamaların davam etdiyini və buna görə də nəticələrin dəyişə biləcəyini də vurğulayıb. Qeyd edək ki, rəsmi nəticələr sentyabrın 28-də açıqlanacaq.
Bu arada BMT-nin baş katibi Antoniu Quterriş İraqın şimalında referendum keçirilməsindən narahatlığını bildirib və İraqın suverenliyini, ərazi bütövlüyünü və birliyini dəstəklədiyini açıqlayıb. Report
Tətbiqimizi yükləyə bilərsiniz