Ağır atletimiz Avropa çempionu oldu

Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. 22-30 sentyabr tarixlərində keçirilən yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə aparır. Sentyabrın 25-də Azərbaycan yığmasının əsas qızıl ümidlərindən biri olan Səbinə Əzimova körpücük üzərinə çıxıb. Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə 2-ci olub. Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, bu hərəkətdə də 2-ci yeri tutub. Toplamda 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova, 53 kq çəki dərəcəsində qızıl medalın sahibi olub. Xatırladaq ki, Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün qızıl medal alaraq 3 qat Avropa çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top