Avropa çempionatı: Azərbaycan voleybol millisindən növbəti uğur

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qrup mərhələsinin son oyununda Almaniya yığmasından 2 set almağı bacarıb.

Bakıdakı Milli Gimnastika arenasında təşkil olunan görüşün ilk 3 setindən sonra meydan sahibləri 2:1 hesabı ilə öndədirlər. Bu isə o deməkdir ki, hətta 2:3 hesabı ilə uduzsa belə, Azərbaycan millisi qrup mərhələsini 7 xalla birinci pillədə yekunlaşdıracaq. Almaniya isə 6 xalla 2-ci yeri tutacaq.

Qrupda birinci yer isə 1/4 final mərhələsinə birbaşa vəsiqə deməkdir. Daha əvvəl bu hüquqa Rusiya, İtaliya və Serbiya yiyələnib. report

DİGƏR XƏBƏRLƏR

Top