BMT Rusiyanı Krımda insanlara işgəncə verməkdə ittiham etdi

BMT-nin İnsan haqları üzrə ali komissarının idarəsi Rusiyanı Krımda insan haqlarını və beynəxalq hüququ pozmaqda ittiham edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, təşkilat Krımı işğal olunmuş ərazi hesab edir. BMT-nin məruzəsində deyilir ki, özbaşına həbslər, kobud rəftar və işgəncələr, ən azı məhkəmədankənar bir edam kimi insan haqlarının ciddi pozuntu faktları qeydə alınıb: “Rusiya hakimiyyəti ekstremizmlə mübarizə bəhanəsi ilə Krımda evlərdə axtarışlar aparıb, Krım-tatar icması üzvlərini qorxudub və saxlayıb. Saxlanılanlardan ən azı üç nəfər pis saxlanma şəraitinə görə ölüb. Ukraynyönümlü fəallar Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən zorla terror aktlarını törətdiklərini etiraf ediblər. Onlara qarşı seksual zorakılıq elementləri ilə işgəncələr tətbiq edilib. Həmçinin, Krımda siyasi opponentlər məcburi şəkildə psixiatrik müalicəyə göndərilib”. Xatırladaq ki, Krım 2014-cü il martın 16-da Rusiyaya ilhaq edilib.

DİGƏR XƏBƏRLƏR

Top