Referendumda iştirak edən məmurlar vəzifələrindən azad olunacaqlar

İraq parlamenti bugünkü iclasında İraq Kürdüstan Regional Hökumətinin müstəqillik haqqında referendumunda iştirak etmiş bütün kürd dövlət qulluqçuları və məmurlarının istefasının lehinə səs verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraq parlamentinin Müdafiə komitəsinin sədri Həkim əz-Zamili deyib. Onun sözlərinə görə, referendumda iştirak etmiş hökumət və təhlükəsizlik orqanlarının bütün qulluqçuları, kürd məmurları vəzifələrindən azad olunacaqlar. H. əz-Zamili qeyd edib ki, parlament bu cür dövlət qulluqçularına qarşı digər sanksiyalar da hazırlayır.

Bundan başqa, ölkə parlamenti Baş nazir Heydər əl-Abadini Kərkük vilayətinin valisinin istefası haqqında qərarı icra etməyi tapşırıb, mübahəsəli rayonlarda neft sektoru daxil olmaqla bütün şirkətlərin işinə qadağa qoyub. Parlement kürdlərin nəzarətinə keçən rayonlarda İraq Silahlı Qüvvələrini yerləşdirməyə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top