Milli Məclisin payız sessiyasının ilk iclası nə vaxt olacaq?

Azərbaycan Milli Məclisinin 2017-ci il payız sessiyasında ilk iclası oktyabrın 2-də keçiriləcək. İclasın gündəliyinə 34 məsələ daxildir. Gündəlikdə MM-in payız sessiyasında qanunvericilik işlər planı, Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra sənədlərin ratifikasiyası, “Polis haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İpoteka haqqında”, “Yol hərəkəti haqqında”, “Əmək pensiyaları haqqında” və sair qanunlara dəyişikliklər var. apa

DİGƏR XƏBƏRLƏR

Top