Ərdoğan: Kürd muxtariyyətinin neftinin vinti bizdədir

İraq Kürdüstan Regional Hökumətinin (İKRH) müstəqillik haqqında referendum qərarı ölkədəki vəziyyəti nəzərə aldıqda fürsətdən istifadə etmək təşəbbüsüdür. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, İKRH-nin ayrılma istiqamətində atdığı addımlar qəti şəkildə qəbuledilməzdir: “Kürd qardaşlarımızın haqlarına, təhlükəsizliyinə qarşı hörmət edirik. Bu istiqamətdə göstərilən səylərdə Şimali İraq hökumətinin həmişə yanında olduq. Bizim İraqda ərəb, türkmən qardaşlarımız da var. Onların haqlarına hörmət edirik. Referendumun nəticəsinə baxmadan onu yox hökmündə qəbul edirik və qanunsuz hesab edirik”.

R. T. Ərdoğan bu mövzunu iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi zamanı geniş müzakirə etdiyini bildirib. O qeyd edib ki, İraqın federativ quruluşu referendumuin keçirilməsini tanımır: “Silopidə Silahlı Qüvvələr boş yerə hərbi təlim keçmir. Geri addım atmayacağıq. İran da eyni mövqedədir. Hazırda yalnız Türkiyə sərhədindən İraq tərəfinə keçidlərə icazə verilir, bir həftə ərzində digər tədbirləri də açıqlayacağıq. Giriş-çıxış bağlanacaq. Bundan sonra görək İKRH neftini hara göndərəcək, ya da satacaq? Vint bizdədir. Bağlayan kimi o iş də qurtaracaq”.

DİGƏR XƏBƏRLƏR

Top